...

Azərbaycan Parlamenti Xocalı soyqırımı ilə bağlı tədbirlərin yekunlarını müzakirə edib

Siyasət Materials 5 Mart 2013 12:23 (UTC +04:00)
Bu bir daha göstərir ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünyaya çatdırılnması istiqamətində işlər düzgün aparılır, bu, Azərbaycanın xarici siyasətinin uğurudur.
Azərbaycan Parlamenti Xocalı soyqırımı ilə bağlı tədbirlərin yekunlarını müzakirə edib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev /

Azərbaycan Milli Məclisi Xocalı soyqırımı ilə bağlı tədbirlərin yekunlarını müzakirə edib.

Trend-in məlumatına görə, parlamentin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov bildirib ki, Xocalı faciəsinın dünyada soyqırım kimi tanınması istiqamətində işlər sürətlə gedir. "Əgər Xocalı faciəsini ilkin olaraq 3 ölkə - Pakistan, Meksika və Kolumbiya tanımışdısa, bunun ardınca ABŞ-ın yeddi ştatı və Avropanın bir sıra ölkələri Xocalı soyqırımı ilə bağlı öz mövqeyini ortaya qoyub", - o deyib.

Əsədov bildirib ki, Avropa ölklələrindən Çexiya, Rumıniya, Serbiya, Bosniya və Hersoqovina Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib.

"Bu bir daha göstərir ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünyaya çatdırılnması istiqamətində işlər düzgün aparılır, bu, Azərbaycanın xarici siyasətinin uğurudur", - spiker deyib.

Əsədov sadalanan parlamentlərin rəhbərliyinə Milli Məclis tərəfindən təşəkkür məktubu imzalanmasını təklif edib.

Deputatlardan Azay Quliyev, Məlahət İbrahimqızı, Musa Quliyev Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Deputat Fazil Mustafa bildirib ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərə qatılarkən, təşəbbüs göstərərkən zor tətbiq edilən həmvətənlərimizə dəstək verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti