...

Bu gün Papanın seçilməsi üzrə konklav işə başlayacaq

Siyasət Materials 12 Mart 2013 02:48 (UTC +04:00)
Yeni Roma papasının seçilməsi üzrə Vatikanda Sikstin kapellada 115 kardinaldan ibarət konklav işə başlayacaq. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, bunu müqəddəs prestolun mətbuat xidmətinin rəhbəri Federiko Lambardi deyib.
Bu gün Papanın seçilməsi üzrə konklav işə başlayacaq

Azərbaycan, Bakı, 12 mart /Trend/

Yeni Roma papasının seçilməsi üzrə Vatikanda Sikstin kapellada 115 kardinaldan ibarət konklav işə başlayacaq. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, bunu müqəddəs prestolun mətbuat xidmətinin rəhbəri Federiko Lambardi deyib.

Məlumatda bildirilir ki, pontifikin seçilməsi öncəsi 87 yaşlı maltiyalı kardinal Proster Qrek digər kardinallara müraciət edəcək. Bundan sonra Sikstin kapellada kardinallar və konklavın müqəddəs sirlərini paylaşmayacağına and içmiş işçilər qalacaq.

Sikstin kapella möhürlənəcək və bununla da, səsverməyə başlayacaqlar.

Növbəti günlərdə isə daha 4 səsvermə keçiriləcək.

Bu proses namizədlərdən birinin 77 səs və daha çoxunu yığanadək davam edəcək.

Sikstin kapellada keçiriləcək səsvermə katolik kilsəsinin tarixində sayca 25-ci konklav olacaq.

Qeyd edək ki, kardinal-seçicilərin orta yaşı 72-dir. Onların böyük əksəriyyəti (60) avropalıdır. Konklavın 19 iştirakçısı Latın Amerikasından, 14-ü Şimali Amerikadan, 11-i Afrikadan, 10-u Asiyadan, 1-i isə Avstraliyadan gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti