...

İlham Əliyev Monteneqronun Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 12 Mart 2013 16:18 (UTC +04:00)
Monteneqro Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb.
İlham Əliyev Monteneqronun Baş naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Monteneqro Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Azərbaycanın Monteneqroya investisiya yatırması və bu baxımdan Podqoritsada ölkəmiz tərəfindən ilkin mərhələdə həyata keçiriləcək investisiya layihələrinin önəmi diqqətə çatdırıldı.

Monteneqro ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti