...

BAXCP-nin rayon təşkilatı «El» hərəkatına qoşulması ilə bağlı məlumatı təkzib edib

Siyasət Materials 18 Mart 2013 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Goranboy rayon təşkilatı "El" hərəkatına qoşulması ilə bağlı yayılan məlumatları təkzib edib.

Trend-in məlumatına görə, partiyadan bazar ertəsi bildiriblər ki, BAXCP Goranboy rayon təşkilatının sabiq sədri, Milli Qəhrəman Maşallah Abdullayevin BAXCP-nin Goranboy rayon təşkilatının bütövlükdə "El" hərəkatına qoşulması ilə bağlı mətbuata verdiyi açıqlamalar həqiqətə uyğun deyil.

"Bəyan edirik ki, Maşallah Abdullayev partiya sıralarını tərk etməsi, "El" hərəkatına qoşulması, eləcə də atdığı addımların səbəbləri ilə bağlı BAXCP Goranboy rayon təşkilatının səlahiyyətli şəxslərilə və seçkili orqanlarında heç bir müzakirə aparmayıb. Onun bu addımları haqqında mətbuatdan məlumat almışıq.

Bəyan edirik ki, BAXCP Goranboy rayon təşkilatının müvafiq strukturları partiyanın nizamnaməsinə uyğun şəkildə fəaliyyətini davam etdirir və bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlaşır", - qurumun yaydığı bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti