...

Azərbaycan XİN: Van-Yerevan reysinin rentabelliyi suallar doğurur

Siyasət Materials 19 Mart 2013 14:42 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) və bu ölkənin Azərbaycandakı səfiri Van-Yeravan reysinin açılması məsələsi üzrə artıq dəfələrlə Ankaranın mövqeyini ifadə ediblər. Bu mövqe ondan ibarətdir ki, həmin reysi özəl şirkət həyata keçirmək istəyir.
Azərbaycan XİN: Van-Yerevan reysinin rentabelliyi suallar doğurur

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir S. Ağayeva/

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) və bu ölkənin Azərbaycandakı səfiri Van-Yeravan reysinin açılması məsələsi üzrə artıq dəfələrlə Ankaranın mövqeyini ifadə ediblər. Bu mövqe ondan ibarətdir ki, həmin reysi özəl şirkət həyata keçirmək istəyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə bildirib.

Onun sözlərinə grörə, bu reysin rentabelli olacağı və lazımi sayda sərnişin toplayacağı sual altındadır.

Qeyd edək ki, Türkiyənin "Bora Jet" aviaşirkəti aprel ayında Van-Yerevan marşrutu üzrə reysləri həyata keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti