...

Davudoğlu Batumidə məscidin tikintisi məsələsinin müsbət həll ediləcəyinə ümid edir

Siyasət Materials 27 Mart 2013 18:41 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Batumidə məscidin tikintisi məsələsinin müsbət həll ediləcəyinə ümid edir.
Davudoğlu Batumidə məscidin tikintisi məsələsinin müsbət həll ediləcəyinə ümid edir

Gürcüstan, Tbilisi, 27 mart /Trend, müxbir N.Kirsxaliya/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Batumidə məscidin tikintisi məsələsinin müsbət həll ediləcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə Davudoğlu Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze ilə görüşündə deyib.

"Biz Türkiyədə yerləşən kilsələr, həmçinin Gürcüstandakı Osmanlı dövründən qalan abidələr məsələsi üzərində birgə işləyirik. Bununla bağlı protokol hazırlanır", - Türkiyə XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə yerləşən bütün abidələr (məscid, kilsə və s.) bizim mədəni irsimizdir və biz onların bərpasına yardım etməyə hazırıq.

Davudoğlu eyni münasibətin Gürcüstan tərəfindən də göstəriləcəyinə ümid etdiyini deyib. "Bu məsələ Gürcüstanın Baş naziri Bidzina İvanişvili ilə görüşün gündəliyində var idi. Batumidə məscidin tikintisi məsələsinin müsbət həll olunacağına ümid edirik və düşünürəm ki, bu, iki xalq arasında dostluq körpüsüdür", - Davudoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti