...

ABŞ prezidenti mayda Meksikaya səfər edəcək

Siyasət Materials 28 Mart 2013 03:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

ABŞ prezidenti Barak Obama mayda Meksikanın dövlət başçısı Enrike Peni Nyetonun dəvətilə bu ölkəyə işgüzar səfər edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu haqda Meksika xarici işlər nazirliyinin yaydığı məlumatda deyilir.

Səfərlə bağlı razılaşma iki ölkənin prezidentləri arasında baş tutmuş telefon danışı zamanı əldə olunub.

Müşahidəçilərin fikrincə, Obama və Peni Nyeto iki ölkə arasında strateji münasibətlərin əhəmiyyətini vurğulayacaq və Şimali Amerikada ikitərəfli və qlobal tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi yollarını müzakirə edəcək.

Digər müzakirə mövzuları kimi rəqabətin təmin edilməsi, təhsil, innovasiya, sərhəd məsələləri, ticarət, miqrasiya və insanların təhlükəsizliyi olacaq.

Xəbər lenti

Xəbər lenti