...

İsrailin sabiq baş naziri Cənubi Qafqaz Forumunda iştirak edəcək

Siyasət Materials 4 Aprel 2013 08:33 (UTC +04:00)
İsrailin sabiq Baş Naziri (1999-2001), 2009-2013-cü illərdə İsrail Baş Nazirin müavini və Müdafiə naziri çalışmış Ehud Barak 6-8 may tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılacaq Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaqdır. bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
İsrailin sabiq baş naziri Cənubi Qafqaz Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

İsrailin sabiq baş naziri (1999-2001), 2009-2013-cü illərdə İsrailin baş nazirinin müavini və müdafiə naziri vəzifələrində çalışmış Ehud Barak 6-8 may tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılacaq Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Bu tədbir, habelə İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

Ehud Barak 2005-ci ildə İsrailin "Ynet" xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfüzlü 200 yəhudisindən biri seçilib. O cümlədən, Ehud Barak Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən İsrailin yeganə baş naziri kimi də tanınır.

Birinci Cənubi Qafqaz Forumda əlahəzrət Kraliça Nur, İsrailin sabiq baş naziri Ehud Barak, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, YUNESKO-nun ən nüfuzlu direktoru olmuş Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq prezidentləri Vaira Vike-Freiberga, Valdis Zatlers, Türkiyənin sabiq prezidenti Sülyeman Dəmirəl, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika və ümümiyyətlə 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri təmsil olunacaqlar.

Forum Beynəlxalq Chatham Evinin qanunlari ilə nizamlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti