...

Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələləri müzakirə olunub

Siyasət Materials 5 Aprel 2013 16:32 (UTC +04:00)
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Bu barədə Trend Rusiya XİN-in rəsmi saytına istinadən məlumat verir.

Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələləri və qarşıdakı dövrdə Xarici İşlər nazirliklərinin qarşılıqlı fəaliyyəti müzakirə olunub.

Görüş zamanı, həmçinin cari ilin may ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfərinə hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti