...

Azərbaycanın Özbəkistandakı səfirinə xeyriyyəçiliyə görə fəxri diplom verilib

Siyasət Materials 10 Aprel 2013 18:24 (UTC +04:00)
Çərşənbə günü "Mehribanlıq" Əlillərə Sosial Yardım Xeyriyyə Cəmiyyətinin (ƏSYXC) rayon şöbəsinin fəxri diplomu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə təqdim edilib. Trend-in məlumatına görə, fəxri diplom səfirliyin cəmiyyətin fəaliyyətində iştirakına görə verilib.
Azərbaycanın Özbəkistandakı səfirinə xeyriyyəçiliyə görə fəxri diplom verilib

Özbəkistan, Daşkənd, 10 aprel /Trend, müxbir D.Əzizov/

Çərşənbə günü "Mehribanlıq" Əlillərə Sosial Yardım Xeyriyyə Cəmiyyətinin (ƏSYXC) rayon şöbəsinin fəxri diplomu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə təqdim edilib. Trend-in məlumatına görə, fəxri diplom səfirliyin cəmiyyətin fəaliyyətində iştirakına görə verilib.

ƏSYXC-nin rəhbəri Dilbər Nirmusayeva diplomu təqdim edərkən Cəmiyyətin adından səfirliyə və şəxsən səfirə göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.

"Xeyriyyəçilik mərhəmətli işdir, biz gələcəkdə də sistemli şəkildə Cəmiyyətə yardım göstərmək imkanlarını axtaracağıq", - Quliyev qeyd edib.

"Mehribanlıq" cəmiyyəti əlilliyi olan şəxslərə, o cümlədən uşaqlara maddi və mənəvi dəstək göstərilməsi məqsədilə qeyri-hökumət, qeyri-kommersiya təşkilatı formasında yaradılıb.

Cəmiyyət müəssisə, təşkilat və fərdi şəxslərin xeyriyyəçilik vəsaitləri hesabına mövcuddur. ƏSYXC məhdud imklanları olan yaşca böyük vətəndaşların işlə təmin edilməsinə, həmçinin uşaqlar üçün müxtəlif xeyriyyəçilik tədbirlərinin təşkilinə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti