...

Türkiyə və İspaniyanın sabiq xarici işlər nazirləri Bakıya gələcək

Siyasət Materials 24 Aprel 2013 11:08 (UTC +04:00)
Türkiyənin və İspaniyanın sabiq xarici işlər nazirləri Hikmət Çətin və Karlos Uestendorp mayın 6-8-də Bakıya səfər edəcəklər.
Türkiyə və İspaniyanın sabiq xarici işlər nazirləri Bakıya gələcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Türkiyənin və İspaniyanın sabiq xarici işlər nazirləri Hikmət Çətin və Karlos Uestendorp mayın 6-8-də Bakıya səfər edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Cənubi Qafqaz Forumunda iştirak etməkdir. İspan diplomat həm də forumun təşkilatçılarından olan Madrid Klubunun Baş katibidir.

Sabiq nazir və dövlət başçılarını birləşdirən Madrid Klubunun 61 ölkədən 92 üzvü var. Cənubi Qafqaz Forumunda klub üzvlərinin əksəriyyətinin iştirakı gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda sabiq dövlət və hökumət başçıları ilə yanaşı, hazırkı prezident və baş nazirlər, eyni zamanda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, nüfuzlu elm və mədəniyyət xadimi iştirak edəcək.

Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Nobel Oil şirkəti və Qlobal Liderlər Şurasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti