...

Elmar Məmmədyarov ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb

Siyasət Materials 1 May 2013 18:30 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha inkişaf etdirilməsi yolları müzakirə olunub.

Tərəflər, həmçinin 2014-cü ildə Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesində Azərbaycan ərazisindən keçən regional nəqliyyat dəhlizlərindən istifadə imkanları barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti