Azərbaycan, Bakı, 4 may /Trend/
Tamerlan Tsarnayevin evində partlayıcı izləri tapılıb. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, Bostonda partladılmış bombalar Tsarnayevin həyat yoldaşı və qızı ilə birgə yaşadığı evdə hazırlanıb.
Məlumatda deyilir ki, bu informasiya FTB-də sorğuda olan Tsarnayev Ketrin Rasselə münasibətdə aparılan araşdırmalara təsir edə bilər.
Araşdırmacılar hələ də Rasselin terror hücumu haqqında məlumata malik olub-olmaması haqqında danışmırlar.
Xatırladaq ki, Bostonda baş vermiş partlayışda 3 nəfər ölüb, 250 insan yaralanıb.