...

"Diplomatie" jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı dərc edilib

Siyasət Materials 4 May 2013 00:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Fransanın tanınmış "Le Group Areion" nəşriyyat evi "Diplomatie" jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışını dərc edib.

Trend-in məlumatına görə, "Le Group Areion" beynəlxalq strateji məsələlərdə ixtisaslaşmış nəşriyyat evidir. Qrup Fransa və 30 yaxın xarici ölkələrdə yayılan təqribən 10-a yaxın qəzet və jurnal nəşr edir.

Jurnalda azərbaycanlı və fransız mütəxəssislərin, siyasətçilərin və diplomatların ölkəmizin tarixi, xarici siyasəti, Fransa ilə əlaqələri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqalələri dərc edilib.

Son illər ölkəmizin Fransada nüfuzunun və imicinin artması, erməni lobbisini qıcıqlandırır və ciddi narahat edir. Öz təsirindən istifadə edərək və ölkəmizə dair qərəzli, açıq böhtan xarakterli və əsassız məqalələrin dərc edilməsinə öz "töhfəsini" verərək, fransız ictimaiyyətinin ölkəmiz haqqında geniş məlumatlandırılması kimi, qarşısıalınmaz prosesi ləngitməyə çalışır. Bu xüsusda, jurnal, AR Fransadakı səfiri Elçin Əmirbəyovun sözlərinə görə, "digər nəşrlərlə birlikdə, həm siravi oxucular, həmdə mütəxəssislər üçün alternativ və qərəzsiz məlumat mənbəyi olacaqdır... və təbii ki, bu proses davam edəcəkdir".

Səfirliyin təşəbbüsü və AR Diaspora ilə iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış jurnalın, Fransanın dövlət qurumları, mətbuat orqanları, işgüzar dairələr, habelə Parisdə akkreditə olunmuş diplomatik korpus arasında yayılması təmin edilmiş və kitabxanaların, elm və tədqiqat mərkəzlərin və ali təhsil müəssisələrin həmin jurnalla təmin olunmasına xüsusi diqqət yetirilib.

Xəbər lenti

Xəbər lenti