Azərbaycan, Bakı, 6 may /Trend/
BMT-nin baş katibi Pan Gi Mun İsrailin Suriyaya aviazərbələrilə bağlı narahatlığını bildirib. Trend RBK-ya istinadən xəbər verir ki, baş katib BMT-nin Suriya ərazisinin bombalanması ilə bağlı rəsmi məlumatlara malik olmadığını da etiraf edib.
"Baş katib İsrailin Suriya ərazisinə aviazərbələr endirməsilə bağlı ciddi narahatlığını ifadə edir. Hazırda BMT baş vermiş hadisə ilə bağlı rəsmi məlumatlara malik deyil. Təşkilat, həmçinin, hücumla bağlı məlumatları təsdiqləyə bilmir" - deyə məlumatda deyilir.
Pan Gi Mun, eyni zamanda, tərəfləri sakit olmağa və gərginliyi artırmamağa çağırıb.