...

Nazim İbrahimov: Birinci Cənubi Qafqaz Forumunun iştirakçıları Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyirlər

Siyasət Materials 7 May 2013 13:06 (UTC +04:00)
Birinci Cənubi Qafqaz Forumunun iştirakçıları Azərbaycanda aparılan bu iqtisadi inkişafı, demokratiyanı görüb Prezident İlham Əliyevin apardığı siyasəti tam dəstəkləyirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Nazim İbrahimov: Birinci Cənubi Qafqaz Forumunun iştirakçıları Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyirlər

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Birinci Cənubi Qafqaz Forumunun iştirakçıları Azərbaycanda aparılan bu iqtisadi inkişafı, demokratiyanı görüb Prezident İlham Əliyevin apardığı siyasəti tam dəstəkləyirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Komitə sədrinin sözlərinə görə, Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumu Azərbaycanın siyasi həyatında mühüm hadisə kimi yaddaşlarda qalacaq. Forumdakı müzakirələr göstərir ki, həqiqətən də Azərbaycanın dünya xəritəsində özünün tam yerini tapması, onun tanıdılması üçün bu prosesin çox böyük əhəmiyyəti var.

"Forum bir daha göstərəcək ki, Azərbaycan Respublikası hərtərəfli inkişaf edir, ictimai həyatda, siyasi sahədə Azərbaycanın inkişafı göz qabağındadır. Bir neçə gündür ki, qonaqlar Bakı şəhərindədirlər. Onlar Azərbaycanın gözəl məkanı olan Gəncə şəhərində də olublar. Qonaqlar təəssüratlarını bölüşdükdə aydın olur ki, Azərbaycanın inkişafı hamını heyrətləndirir. Bu fikirləri söyləyənlər sıravi insanlar deyil, öz ölkələrində söz sahibi olan, islahatlar həyata keçirmiş insanlardır və dəyişikliklərin nəyin bahasına başa gəldiyini bilirlər",-İbrahimov qeyd edib.

İbrahimov bildirib ki, Forum öz işini bir neçə panel üzrə davam etdirir. Panellərdə Azərbaycan gəncliyinin gələcək inkişafına, Azərbaycandakı qadın hüquq və azadlıqları, qadınların ölkənin ictimai-siyasi həyatında roluna dair fikirlər söylənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti