...

İlham Əliyev Avstriyanın Baş naziri ilə görüşüb

Siyasət Materials 13 May 2013 20:51 (UTC +04:00)
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Baş naziri Verner Faymanla görüşmüşdür.
İlham Əliyev Avstriyanın Baş naziri ilə görüşüb

Azərbaycan, Bakı, 13 may /Trend/

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Baş naziri Verner Faymanla görüşmüşdür.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə olundu. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin bundan sonra da inkişaf etməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı iqtisadi əlaqələrimizin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti