Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/
İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, neft ixracından əldə edilən gəlirlərə arxalanmadan ölkəni idarə etmək mümkündür. Bu barədə Trend cümə axşamı IRNA agentliyinə istinadən məlumat verir.
Bu gün Əhmədinejad Bəndər-Abbas şəhərində çıxışı zamanı bildirib ki, ölkədə 187 milyon kvadratmetr şumluq torpaq sahəsi var, lakin bundan 14 milyon kvadratmetri kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə edilir.
"Torpaqların rekultivasiyasının artırılması və kənd təsərrüfatı üçün zəruri strategiyanın hazırlanması İranın neftin ixracından əldə edilən gəlirlərdən asılılığının dayandırılmasına şərait yarada bilər", - Əhmədinejad qeyd edib.