...

Elnur Aslanov: İnternet informasiya vasitələrində yayılan böhtana görə cinayət məsuliyyətinə cəlb olunması fikir azadlığının məhdudlaşdırılması deyil

Siyasət Materials 17 May 2013 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunvericilikdə internet informasiya vasitələrində yayılan böhtana görə cinayət məsuliyyətinə cəlb olunması fikir azadlığının məhdudlaşdırılması deyil. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov cümə günü jurnalistlərə deyib.

PA rəsmisinin sözlərinə görə, burada qətiyyən fikir azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz:

"Söhbət, sadəcə olaraq internetin milli seqmentin normalarına uyğunaşdırılmasından gedir. Əgər kimsə tənqid deyil, təhqir edirsə, bu cəzasız qala bilməz, əks halda bu anarxiyaya gətirib çıxara bilər".

Aslanov qeyd edib ki, burada söhbət qətiyyən nəzarətdən deyil, tənzimləmədən gedir ki, bu da bir çox dövlətlərdə mövcuddur:

"Bu gün informasiya texnologiyaları elə inkişaf edib ki, internetdə, İKT-də xüsusi nəzarətdən danışmaq çox çətindir. İstənilən halda rasist, millətçi, gənc nəslin mənəvi tərbiyəsinə ziyan verən məlumatların yayılması bütün sivil və inkişaf etmiş ölkələrdə məhdudlaşdırılır. ABŞ-da 1966-cı ildən kommunikasiyalarda əxlaq normalar qanunu müzakirə edilir, Avropa İttifaqı ölkələrində də bu məsələlərlə bağlı müəyyən qanunlar mövcuddur".

PA rəsmisi qeyd edib ki, internet çox sürətlə inkişaf edən bir məkandır, informasiya və kommunikasiya texnologiyaları günbəgün dəyişən bir sahədir:

"Bu baxımdan, heç bir dövlət onu müəyyən mənada tənzimlənməmiş buraxmaq istəmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti