...

Yunanıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 19 May 2013 22:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend /

Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın Azərbaycan Respublikasına işgüzar səfəri mayın 19-da başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstan Respublikasının Baş naziri Antonis Samarası Azərbaycan Respublikasının sənaye və energetika naziri, Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti