...

NATO və ABŞ hərbi ekspertləri Azərbaycanda səfərdə olacaqlar

Siyasət Materials 30 May 2013 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

NATO və ABŞ hərbi ekspertləri iyunun 4-6-da Azərbaycanda səfərdə olacaqlar.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, NATO və ABŞ hərbi ekspertlərinin Azərbaycana səfərinin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərməkdir.

Səfər zamanı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti