Azərbaycan, Bakı, 4 iyun /Trend/
İyunun 5-də Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclası baş tutacaq. Trend-in məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin saytında yerləşdirilən məlumatda bildirilir.
İclasın gündəliyinə MDB ərazisində hərbi sahədə çoxtərəfli qarşılıqlı təsir sisteminin sonrakı təkmilləşdirməsinə yönəldilmiş 20-dən artıq məsələ daxil edilib.
MDB Müdafiə Nazirləri Şurası 1992-ci ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan daxildir. Qurumun işində Moldova, Ukrayna və Türkmənistan da fəal şəkildə iştirak edir.