Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir R.Hafizoğlu/
Türkiyəyə səfərə gələn Avropa İttifaqının (Aİ) genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle İstanbulda Gezi parkında olub. Bu barədə Trend Türkiyənin "Dünya" qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, Füle etirazçıların nümayəndələri ilə görüşüb.
Türkiyənin bir çox şəhərlərində İstanbulun mərkəzindəki Taksim meydanında Gezi parkının məhv edilməsi ilə bağlı etiraz aksiyaları 10 gündür ki davam edir.