Leyla Əliyeva Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəzin açılışında iştirak edib (FOTO)

Leyla Əliyeva Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəzin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak etmişlər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi hər zaman Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Bu baxımdan getdikcə fəaliyyət dairəsini genişləndirən Fond digər ölkələrin problemlərinin həllinə qayğı göstərir, xaricdə uşaqlarla bağlı layihələr reallaşdırır. Bu dəfə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz əsaslı təmir edilmişdir. Bu mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Mərkəzin direktoru Damir Ovçina Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verdi ki, iki korpusdan ibarət mərkəz müasir standartlara uyğun sürətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır.

Leyla Əliyeva mərkəzin əvvəlki görüntülərini əks etdirən stendə baxdı. Bildirildi ki, bina 1990-cı illərin əvvəlində bu torpaqlarda gedən müharibə vaxtı ciddi zərər görmüşdü. Qeyd edildi ki, mərkəzdəki müasir idman zalı kollektivin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciətindən sonra layihəyə əlavə olunub və buna görə Damir Ovçina onun təşəkkürlərini Azərbaycanın birinci xanımına çatdırmağı xahiş etdi. Üzgüçülük hovuzu da yüksək səviyyədə qurulub. Burada uşaqların və gənclərin reabilitasiyası üçün hər cür şərait yaradılıb.

Mərkəzlə tanışlıq zamanı uşaqlar hazırladıqları musiqi proqramını Leyla Əliyevaya təqdim etdilər. Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.

Mərkəzin açılışına həsr olunan mərasimdə çıxış edən müəssisəsinin direktoru Damir Ovçina bildirdi ki, cəmi bir neçə ay əvvəl yararsız vəziyyətdə olan binada indi tədris üçün yüksək şərait vardır. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edən Damir Ovçina 5000 kvadratmetr sahədə aparılan yenidənqurma işlərinin təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyini diqqətə çatdırdı. Kor və Zəif Görən Uşaqlar Assosiasiyasının rəhbəri Yenisa Zimiç valideynlər və şagirdlər adından Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsü sayəsində bu mərkəz indi nəinki məktəb, həm də bir çox şagirdlər üçün doğma evə çevrilib. Bosniya və Herseqovinanın elm və təhsil naziri Damir Maşiç ölkəsinin baş naziri Nermin Nikşiçin adından Heydər Əliyev Fonduna minnətdarlıq etdi. Damir Maşiç Sarayevoda bir çox layihələr reallaşdıran Heydər Əliyev Fondunun mərkəzin yenidən qurulmasındakı əməyinin bu qəbildən olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə imkan verdiyini diqqətə çatdırdı. Bosniya rəsmisi Leyla Əliyevaya tərifnamə və xatirə hədiyyəsi təqdim etdi.

Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə ərazisində ikinci layihəsinin həyata keçirilməsindən məmnun olduğunu bildirdi və bu mərkəzin ölkə üçün əhəmiyyətindən danışdı. Bosniya və Herseqovina parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna minnətdarlıq etdi.

Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini Leyla Əliyevaya hədiyyə etdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək dedi:
- Biz bu mərkəzin yenidən qurulmasında iştirak etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Leyla Əliyeva dedi ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.

Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə etdi.

Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəzin açılışı yerli media tərəfindən geniş işıqlandırılmışdır. Leyla Əliyeva öz təəssüratlarını jurnalistlərə müsahibəsində bölüşmüşdür.

Sonra mərkəzin həyətini gəzən Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, mərkəzdə dərslər mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə Bosniya və Herseqovinanın bütün regionlarından gəlir, bir çoxları məktəb-internatda yaşayırlar. Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir. Vurğulandı ki, gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzin həyətində ağac əkdi. Sonra uşaqları Azərbaycan şirniyyatlarına qonaq edən Heydər Əliyev Fondunun vitse-prezidenti onlarla söhbət etdi.

Sarayevoya səfəri çərçivəsində Leyla Əliyeva Dostluq parkında oldu və burada Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdi, həlak olmuş insanların xatirəsini andı.

Kor və zəif görən gənclər üçün mərkəzin təmiri Heydər Əliyev Fondunun Bakı ilə 1972-ci ildən qardaşlaşmış Sarayevoda həyata keçirdiyi ilk layihə deyildir. Dövlətin siyasətinə həmişə dəstək olan Fondun belə layihələri ölkələr arasında əlaqələrin inkişafına və sözsüz ki, Azərbaycanın xarici ölkələrdə təbliğinə xidmət edir.

Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb
"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürülüb
Bərdədə ağır qəzada xəsarət alanlar bir ailənin üzvləridir
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş-eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Bütün xəbərlər