...

İstanbulda jandarm və polis qüvvələri hazır vəziyyətə gətirilib

Siyasət Materials 16 İyun 2013 12:24 (UTC +04:00)
İstanbulun Harbiye məhəlləsində səhər saatlarında etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
İstanbulda jandarm və polis qüvvələri hazır vəziyyətə gətirilib

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İstanbulun Harbiye məhəlləsində səhər saatlarında etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, Cümhuriyyət küçəsində polis daş və müxtəlif əşyalar atan qrupa qarşı gözyaşardıcı qazdan istifadə edib.

Polisin aksiyaçılara müdaxiləsi davam edir.

Polis İstanbulun Şişli rayonunda yolu bağlayan qrupa da müdaxilə edib. Nümayişçilərin polisə daş atmasına qarşılıq olaraq polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiya zamanı bəzi etirazçılar saxlanılıb.

Həmçinin, hazırda İstanbulun Mecidiyeköy adlanan ərazisində və Boğaziçi körpüsündə İstanbulun Asiya hissəsindən Taksim meydanına gələ biləcək qruplara qarşı xeyli sayda jandarm və polis qüvvələri hazır vəziyyətə gətirilib.

Xəbər lenti

Xəbər lenti