...

Ziyafət Əsgərov: Dünya siyasətində cərəyan edən bir sıra meyillər islam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini önə çıxarır

Siyasət Materials 19 İyun 2013 11:08 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çərşənbə günü Bakıda öz işinə başlayan İƏT-in Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclasının açılışında bildirib.
Ziyafət Əsgərov: Dünya siyasətində cərəyan edən bir sıra meyillər islam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini önə çıxarır

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev /

Müasir dünyada siyasi inkişaf meyillərinin mühüm hissəsi regional inteqrasiya proseslərinin geniş vüsət alması ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çərşənbə günü Bakıda öz işinə başlayan İƏT-in Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclasının açılışında bildirib.

Onun sözlərinə görə, bu proseslərin mərkəzində dayanan regional təşkilatların yaratdığı əməkdaşlıq imkanları dövlətlər arasında ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi, mədəni və digər əlaqələrin dərinləşməsinə yol açır.

Birinci müavin vurğulayıb ki, İƏT çərçivəsində həyata keçirilən işbirliyi qurumun üzvləri arasında siyasi, iqtisadi, humanitar sahədə münasibətlərin daha da dərinləşməsinə kömək göstərir:
"Hazırda dünyada mövcud olan siyasi, iqtisadi, ekoloji və bir çox digər problemlərin bir çoxunu ölkələrin səylərini birləşdirmədən həll etmək mümkün deyil. Digər tərəfdən dünya siyasətində cərəyan edən bir sıra inkişaf meylləri islam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini ön sıraya çıxarır".

Əsgərov qeyd edib ki, islam dini xalqlarımızı bir-birinə bağlayan ən böyük mənəvi sərvətlərdən biridir:

"Dinə bağlılıq insanın daxili aləminin saflaşması, cəmiyyətin inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. İslam dini cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanism prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Azərbaycanda islam dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul edilir. Xalqlarımızın ortaq dəyərləri kimi möhkəm təməl üzərində qurulan işbirliyi bölgənin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq".

Açılış nitqində Əsgərov təəssüflə qeyd edb ki, bu günə qədər həll olunmayan bir sıra problemlər, o cümlədən Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq sülh və təhlükəsizliyi üçün ciddi maneə törədir:

"Biz əminik ki, bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, bölgəmizin sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti