...

Əli Əhmədov: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi

Siyasət Materials 20 İyun 2013 15:47 (UTC +04:00)
Dövlət başçısı İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi.
Əli Əhmədov: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Dövlət başçısı İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov YAP Qaradağ rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə görüşündə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 10 il ərzində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir: "Biz həmin dövrlə indiki Azərbaycanı müqayisə etsək, nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Ölkə iqtisadiyyatı 3 dəfə artıb, insanların həyat şəraiti yaxşılaşıb eləcə də modernləşmə siyasəti həyata keçirilib. Ölkənin hər yerində müasirləşmə hiss olunur, şəhər və kəndlərin siması dəyişir. Təbii ki, baş verən dəyişiklikləri də hər bir Azərbaycan vətəndaşı öz həyat tərzinin artmasında hiss edir".

Əhmədov qeyd edib ki, bu kimi görüşlər keçirilməsində əsas məqsəd ölkəmizdə qarşıdan gələn prezident seçkilərində YAP ərazi ilk partiya təşkilatlarının bu işə səfərbər olunmasına xidmət etməkdir. Onun sözlərinə görə, YAP-ın şaxələnmiş rayon təşkilatları mövcuddur və ümumilikdə seçki hərəkətləri rayon təşkilatları vasitəsilə reallaşır.

Görüşdə hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

Daha sonra tədbir KİV-in iştirakı olmadan davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti