...

Davudoğlu: Türkiyə və Aİ arasında danışıqların yeni mərhələsinə başlamaq haqqında qərar qəbul edilib

Siyasət Materials 25 İyun 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Avropa İttifaqı (Aİ) arasında danışıqların yeni mərhələsinə başlamaq haqqında qərar qəbul edilib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib:

"Biz Aİ daxil olmaqla danışıqlar çərçivəsində növbəti texniki bəndin müzakirəsi haqqında razılığa gəldik. Bu qərar danışıqların davam etdirilməsi kontekstində çox əhəmiyyətlidir"

Nazir vurğulayıb ki, söhbət danışılar çərçivəsində 22-ci bənddən gedir ki, o da yaxın vaxtlarda müzakirə ediləcək. Bundan əlavə Türkiyə 23 və 24-cü bəndlərin müzakirə olunmasına nail olmaq niyyətindədir.

Davudoğlunun sözlərinə görə, Aİ-yə daxil olmaq Türkiyə xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti