...

KTMT: Rusiyanın Azərbaycana silah satması barədə qərar qəbul edilərkən Qafqazda paritetin saxlanması nəzərə alınır

Siyasət Materials 26 İyun 2013 15:03 (UTC +04:00)
Rusiyanın Azərbaycana silah satması barədə qəbul edilərkən Qafqazda paritetin saxlanması prinsipi nəzərə alınır.
KTMT: Rusiyanın Azərbaycana silah satması barədə qərar qəbul edilərkən Qafqazda paritetin saxlanması nəzərə alınır

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Rusiyanın Azərbaycana silah satması barədə qəbul edilərkən Qafqazda paritetin saxlanması prinsipi nəzərə alınır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Yerevanda jurnalistlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

Yerevanda "KTMT-nin hərbi tərkibinin formalaşdırılmasının siyasi-təhlükəsizlik istiqamətləri" forumu keçirilir.

Bordyuja bildirib ki, Rusiya dünyada ən iri silah istehsalçısı və tədarükçü ölkələrdən biridir: "Rusiya silah ticarəti ilə məşğul olur və dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-yə daxil olmayan ölkələrə tədarük edir. Bu, Rusiyanın biznesi, bazarı və iqtisadiyyatıdır".

Onun sözlərinə görə, bununla belə, KTMT-nin üzvü olmayan ölkəyə silat satışı zamanı Qafqazda paritetin saxlanması prinsipi əsas götürülür: "Bu prinsipə sizin (Ermənistanın - red.) qonşunuz olan Azərbaycana silah satılarkən riayət edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti