...

Elman Abdullayev: Ermənistan hakimiyyətinin aqressiv siyasəti regiondakı qarşıdurmanın səbəbidir

Siyasət Materials 27 İyun 2013 18:15 (UTC +04:00)
Ermənistan hakimiyyətinin aqressiv siyasəti indiki qarşıdurma mühitinin səbəbidir və bütün regionun təhlükəsizliyi üçün təhdiddir.
Elman Abdullayev: Ermənistan hakimiyyətinin aqressiv siyasəti regiondakı qarşıdurmanın səbəbidir

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir E. Tariverdiyeva/

Ermənistan hakimiyyətinin aqressiv siyasəti indiki qarşıdurma mühitinin səbəbidir və bütün regionun təhlükəsizliyi üçün təhdiddir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycamn Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Bakıda hərbi paradın keçirilməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Abdullayev bildirib: "Azərbaycanın hərbi potensialının güclənməsi öz xalqının təhlükəsizliyini təmin etmək məqsədi güdür. Ermənistanın aqressiyası bütün regionu gərginlikdə saxlayır, məhz bu səbəbə görə və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi nəzərə alınaraq Bakı öz müdafiə qabiliyyətini möhkəmləndirir".

O qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın fiziki təhlükəsizliyinin qarantı deyil.

Abdullayevin sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalçısıdır.

XİN-in mətbuat katibi deyib: "Regionu işğal edən və daha əvvəl yerli əhalini qovaraq qanlı etnik təmizləmələr törətmiş ölkə regionun təhlükəsizliyinin qarantı ola bilməz. Bu gün Ermənistanın etdiyi onun işğalçı siyasətinin davamıdır. Yaranmış şəraitdə Azərbaycan öz müdafiə qabiliyyətini möhkəmləndirməlidir".

Onun sözlərinə görə, bunun nəticəsində Azərbaycan ordusu hazırda regionun ən güclü, təlim görmüş və yüksək texnologiyalarla təchiz edilmiş ordusuna çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti