...

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Siyasət Materials 2 İyul 2013 19:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Belarus xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan və Belarusu tarixən yaranmış dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bu gün həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığının, bizim çoxplanlı qarşılıqlı fəaliyyətimizin genişlənməsinə yönələcəkdir. Şübhə etmirəm ki, yaxın vaxtlarda Sizinlə Bakıda görüşümüz buna kömək edəcəkdir".

İlham Əliyev Aleksandr Lukaşenkoya möhkəm cansağlığı və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti