...

İlham Əliyev "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb

Siyasət Materials 4 İyul 2013 20:05 (UTC +04:00)
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.
İlham Əliyev "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Gömrük tarifi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 19.6-cı maddəsinə uyğun olaraq, malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək; həmin qanunun 7.3-cü maddəsinə uyğun olaraq, məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını müəyyən etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 13.5-ci maddəsinə uyğun olaraq, mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi hallarını müəyyən etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; beş ay müddətində "Gömrük tarifi haqqında" qanunun 6.5-ci maddəsinə uyğun olaraq, xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydasını tənzimləyən müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Gömrük tarifi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Müəyyən edilir ki, "Gömrük tarifi haqqında" qanunun 8.2-ci, 19.6-cı və 20.0.9-cu maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; həmin qanunun 1.1.3-cü, 1.1.4-cü, 3.2-ci, 3.3-cü, 5-ci, 7.3-cü, 13.5-ci, 19.2-ci və 19.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Dövlət Gömrük Komitəsi həyata keçirir; həmin qanunun 20.0.11-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Gənclər və İdman Nazirliyi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti