...

Bakıda Xorvatiyanın Dövlətçilik Günü və ölkənin Aİ-yə üzv olması qeyd edilib

Siyasət Materials 5 İyul 2013 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir S.Əhmədova/

Bu gün Bakıda Xorvatiyanın Dövlətçilik Günü və Xorvatiyanın Avropa İttifaqına üzv olması qeyd edilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xorvatiya parlamentinin spikeri İosip Leko bu günün Azərbaycanda qeyd olunmasının tarixi bir hadisə olduğunu diqqətə çatdırıb.

İ.Leko qeyd edib ki, Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı maraqara əsaslanan səmərəli əməkdaşlıq qurulub.

Spiker bildirib ki, hər iki ölkənin tarixi oxşarlıqları var, çünki hər iki ölkə torpaqlarının işğal edilməsinə məruz qalıb. Xorvatiya Parlamentinin sədri tezliklə Azərbaycanın ərazi mübahisəsinin həll edilməsini arzu edib və ölkəsinin bu istiqamətdə göstərilən beyləxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb. Eyni zamanda, İ.Leko qeyd edib ki, Azərbaycan ilə Xorvatiya beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. Xorvatiya Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Daha sonra tədbirdə Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti