...

Rüstəm İbrahimbəyov yenidən jurnalistləri ağızdan vurmaqla hədələyir və özünü siyasətdə müvəqqəti şəxs hesab edir

Siyasət Materials 8 İyul 2013 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov mətbuatda barəsində mənfi rəy bildirənləri yenidən ağızlarından vurmaqla hədələyib.

Trend-in məlumatına görə, bu barədə İbrahimbəyov "Kavkazskaya politika" ("Кавказская политика") portalına müsahibəsində deyib.

İbrahiməyov bildirib: "Bəziləri mənə qarşı yalan və təxribat xarakterli məqalələr yazır, müxalifət mətbuatı isə susur və bu yalançılar və təxribatçıların ağzından vurmur. Hesab edirəm ki, hakimiyyətə xidmət edən pulu ödənilmiş yalançı qəzetlərin ağzından vurmaq lazımdır. Şəxsən mən bunu etməyə - böhtan atanların ağzından vurmağa ərinməzdim. Mən müxalifət mətbuatını bu böhtan atanları təsdiqləməməyə çağırıram".

Milli Şuranın sədri deyib: "Bir dəfə "Pravda" qəzeti ABŞ Prezidenti Harri Trumenin qızını təhqir etdiyinə görə onun müəlliminə şillə vurması barədə yazmışdı. Bu, "Pravda" üçün Trumen haqqında mənfi, mənim üçün isə əksinə, müsbət hal idi, çünki Trumenin addımı müəllimin bu cəmiyyətdə hakimiyyətdən necə qorunduğunun, Prezidentin sıravi insan və ata kimi şillə vurmaqdan başqa cəza yolunun olmadığının göstəricisidir. Məhz bu, mənim nəzərimdə demokratiyanın zəfəridir! Bir insan və dramaturq kimi yaramazların ağzından vurmağa haqqım var".

Bütün bunlarla yanaşı, İbrahimbəyov mətbuata və söz azadlığına yaxşı münasibət bəsləyir.

Seçkilərdə qalib gələcəyi təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görməsi ilə bağlı sualı cavablandıran İbrahimbəyov qeyd edib: "Mən lazım gələrsə, savaşa girişə bilərəm, lakin bununla belə, sülh tərəfdarıyam. Mən indi hərb həlli yolundan danışmaq istəməzdim. Məsələ burasındadır ki, mən müvəqqəti şəxs olacağam. Qoy, bu məsələləri yeni seçilmiş parlament həll etsin".

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycandakı daxili problemlərlə mürəkkəbləşib.

İbrahimbəyov bildirib: "Biz Qarabağı verməməliyik, lakin ermənilərə demokratiya, korrupsiyanın olmamasına zəmanət verməliyik, onların azərbaycanlılar ilə eyni hüquqlarını təmin etməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, eləcə də bu regionda erməni əhali də yaşayır və biz bu torpağı yalnız bu əhali ilə birgə qaytara bilərik. Buna görə də Qarabağın erməni əhalisini sadaladıqlarıma inandırmalıyıq. Ermənilər ağıllı və dərrakəli xalqdır. Fikrimcə, onlar bizi başa düşəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti