Azərbaycan, Bakı, 14 iyul /Trend/
Avropa İttifaqı Misirdəki hadisələrin inkişafından dərin narahatdır, "həddindən artıq güc tətbiqi"ndən təəssüflənir və ölkədə qanuni hökumətin təcili geri qaytarılmasına çağırır. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan edib.
K.Eşton Aİ adından Misirdə tezliklə demokratik seçkilərin keçirilməsinin vacibliyini və milli barışığın zəruriliyini qeyd edib.
Bəyanatda vurğulanır ki, Aİ müvəqqəti hakimiyyəti insan hüquqları və əsas azadlıqların, o cümlədən KİV azadlığı prinsipinin təmin edilməsinə və jurnalistlərin peşə fəaliyyətlərinə görə təqib edilməməsinə çağırır.
Bundan başqa, Aİ müvəqqəti hakimiyyəti Misir iqtisadiyyatında vəziyyətin pisləşməsi ilə əlaqədar təcili olaraq lazımi tədbirlər görməyə səsləyir.