Əli Həsənov: Helsinki Komissiyasının dinləmə deyil, brifinq keçirməsi Milli Şuranın iflası, ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir (MÜSAHİBƏ)

Əli Həsənov: Helsinki Komissiyasının dinləmə deyil, brifinq keçirməsi Milli Şuranın iflası, ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend-ə müsahibəsi

- Əli müəllim, iyulun 16-da ABŞ Helsinki Komissiyası Azərbaycan ilə bağlı brifinq təşkil edib. ABŞ-Azərbaycan əlaqələri baxımından bu tədbiri necə qiymətləndirirsiniz?

- ABŞ Helsinki Komissiyası tərəfindən belə brifinqlərin təşkil olunması adi haldır. Mövcud qaydalara əsasən, brifinqlər qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair həmin brifinqə komissiya üzvlərinin heç biri qatılmamışdı. Deyilənləri nəzərə alaraq, mən bu tədbirin ABŞ-Azərbaycan əlaqələri, ABŞ-ın Azərbaycana münasibəti prizmasından qiymətləndirilməsini düzgün yanaşma hesab etmirəm. İki ölkə arasında strateji tərəfdaşlıq və müxtəlif sahələr üzrə ciddi əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər davamlı şəkildə bu əlaqələrin daha da inkişaf etdirilməsi iradəsini ortaya qoyurlar.

Konkret olaraq bu tədbirə gəldikdə isə, bildirmək istərdim ki, brifinqdə Azərbaycanın rəsmi dairələrini təmsil edən şəxslər ölkəmizin demokratik inkişafı, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən fəaliyyət, qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat vermişlər.

Nəhayət, bu tədbirin əhəmiyyətini şişirtmək, onu Konqresdə "dinləmələr" səviyyəsinə yüksəltmək cəhdləri də vardır ki, mən bunu müəyyən daxili siyasi qrupların özünüreklam cəhdi kimi qiymətləndirirəm. Onlar çox istəyirdilər ki, bu tədbir Konqresdə dinləmələr formatında baş tutsun. Hətta ciddi-cəhdlə bu yaxınlarda Azərbaycana səfər edən, bəhs edilən komissiyaların üzvü olan konqresmen və senatorların tədbirə qatılmalarına nail olmağa çalışırdılar. Lakin heç nə alınmadı. Bu da onların iflası, elə həmin ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir.

- Həmin brifinqdə Milli Şuranın rəhbər şəxslərindən olan Eldar Namazov da çıxış edib və Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürüb. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Təəssüflə qeyd etmək istərdim ki, bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu "milli şura" adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb. Məlumat üçün bildirim ki, həmin tədbirdə Azərbaycan ilə bağlı iki tənqidi çıxış olub. Bunlardan birini "milli şura"nın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən "milli şura" və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar.

Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan Prezidentinin qanuna müvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan "milli şura"nın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır.

Gəncləri yolundan çıxararaq hüquq pozuntusuna, cinayətə, qeyri-qanuni əməllərə sövq edən belə insanlar sonradan onların həbsindən siyasi şou təşkil edir, müxtəlif beynəlxalq təşkilatlar qarşısında "məsələ" qaldırır və hakimiyyətə qarşı yeni təzyiq elementləri formalaşdırmağa çalışırlar.

Nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq QHT-lər Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barədə danışarkən, "milli şura" təmsilçisi Azərbaycanı az qala kriminal ölkə kimi qələmə verməyə cəhd göstərir. Onun nəzərinə çatdırırıq ki, "Transparency İnternational" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olundu. Hesabata görə, Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə artıqdır. Dünya üzrə respondentlərin 50 faizindən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artıb. Azərbaycanda isə respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb.

Bu gün Azərbaycan hökuməti, siyasətçilər, nüfuzlu ictimai təşkilatlar, media, tanınmış ziyalılar, Azərbaycan diasporunun fəalları bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz "907-ci maddə"nin aradan qaldırılması üçün məqsədyönlü fəaliyyət daha da qətiyyətlə davam etdirilir. "Milli şura"nın təmsilçisi isə Helsinki Komissiyasının "dinləmələrində" çıxış edərək Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması tələbini irəli sürür. Bu fakt "milli şura"da cəmləşmiş insanların anti-Azərbaycan xislətinin bariz nümunəsidir.

"Milli şura" təmsilçisinin iddiaları qarşıdan gələn prezident seçkilərinin şəffaf, demokratik keçiriləcəyini indidən şübhə altına almaq cəhdindən başqa bir şey deyildir. Bu qrupun anlamında ədalətli seçki yalnız onların maraqları çərçivəsində təşkil olunmuş seçkidir. Yəni, yalnız müxalifətin qələbəsinə təminat verən seçki mexanizmi qanunauyğun, seçki prosesi isə ədalətli və şəffaf ola bilər. Opponentlərin gücü, iddiaları, real imkanları, ən əsası isə Azərbaycan xalqının rəyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Lakin Azərbaycan müstəqil dövlətdir və ölkə həyatı, sosial, iqtisadi, siyasi, ictimai, mədəni proseslər, seçki kimi ümummilli məsələlər cəmiyyətin daxili tələbatına və xalqın rəyinə uyğun tənzimlənir. Buna görə də seçki prosesi heç vaxt hakimiyyətə iddialı olan, lakin iddiaları ilə real imkanları bir araya sığmayan daxili siyasi qrupların ambisioz planlarına uyğun təşkil oluna və tənzimlənə bilməz.

Tam əminliklə demək olar ki, heç bir ciddi xarici qüvvə öz planlarını belə qeyri-ciddi siyasi qruplarla işbirliyi üzərində qurmaz. "Milli şura" təmsilçilərinin hər bir xarici səfəri və bu səfər çərçivəsində həyata keçirdiyi antimilli fəaliyyət bumeranq effekti verərək bu qurumun iflasını və orada təmsil olunmuş insanların cəmiyyət qarşısında tam ifşa olunmasını sürətləndirəcəkdir.

- Əli müəllim, Helsinki Komissiyasının brifinqi ilə eyni gündə "Amnesty İnternational" təşkilatı da dünyada azadlıqların vəziyyəti haqqında illik hesabatını yayıb. Bu dəfə də Azərbaycan kəskin tənqid edilib və demokratiya sahəsində geriləmə olduğu iddia olunub.

- Bilirsiniz, bəzi xarici təşkilatlarda Azərbaycana qarşı bir növ tendensiyalı münasibət formalaşıb. Əminəm ki, Azərbaycanda nümunəvi demokratik cəmiyyət qurulsa belə, "Amnesty İnternational", "Human Rights Watch", "Freedom Hause", "Sərhədsiz Reportyorlar" kimi təşkilatlar ölkəmizi qara rəngdə təsvir etmək üçün bir bəhanə tapacaqlar. Bu hesabatların Azərbaycanla bağlı hissəsi siyasi sifariş əsasında hazırlanır və bizim bu məsələdə erməni lobbisinin, müəyyən xarici anti-Azərbaycan dairələrin xüsusi rolundan şübhələnməyə tam əsasımız vardır. Düşünürəm ki, bunu isbat etmək üçün heç uzağa getmək lazım deyil, elə "Amnesty İnternational"ın hesabatında Ermənistan ilə Azərbaycan arasında aparılan "müqayisə"yə diqqət yetirmək kifayətdir.

Hesabatda iddia edilir ki, guya Ermənistanda namizədlərin seçkiqabağı resurslara və KİV-ə bərabər çıxışına böyük əhəmiyyət verən yeni seçki qanunvericiliyinə uyğun olaraq parlament seçkiləri keçirilib. Seçkilərin alternativliyi artıb. Bundan əlavə, iddia edilir ki, Ermənistanda dinc və kifayət qədər hərtərəfli seçkilər Bakıda "Eurovision" mahnı müsabiqəsinə hazırlıq zamanı ictimai yığıncaqların amansızcasına dağıdılması, habelə ölkədə icazəsiz mitinqlərin iştirakçıları üçün böyük cərimələr tətbiq edilməsi ilə ziddiyyət təşkil edib. Hətta Ramil Səfərovun məsələsi qabardılır, onun necə "amansızcasına" erməni zabitini qətlə yetirdiyi təsvir edilir. Bu kimi məqamların, müqayisələrin siyahısını uzatmaq da olar. Yəni, hesabatın əsas məqsədlərindən biri də "dinc", "demokratik", "inkişaf edən", "vətəndaş hüquqları qorunan" Ermənistanla "monstr" Azərbaycanı müqayisə edib beynəlxalq ictimaiyyətdə adekvat rəy formalaşdırmaqdır. Ancaq 2008-ci ildə Sarkisyan rejiminin dinc etirazçıları gülləbaran etməsi, müxalifət fəallarını zindanlara doldurması, bu il keçirilmiş prezident seçkilərində bir namizədin güllələnməsi, o birinin aclıq aksiyası keçirməsi, hakimiyyətin əsas opponentlərinin seçkini boykot yolu tutmağa məcbur edilməsi, seçki prosesində yol verilmiş ciddi qanun pozuntuları, seçkinin total saxtalaşdırılması və digər bu kimi hallar barədə heç nə deyilmir.

Bütün bunlardan sonra "Amnesty İnternational"ın hesabatını necə obyektiv hesab etmək olar? Hesab edirəm ki, belə hesabatlar ilk növbədə onun müəlliflərinə utanc gətirir. Biz belə iddiaları heç vaxt ciddi qəbul etməmişik və bundan sonra da, təhdid ritorikası davam edəcəyi təqdirdə, ciddi yanaşmaq niyyətimiz yoxdur.

"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Loading Bars
Xəbər lenti
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bütün xəbərlər