...

Netanyahu: Fələstinlə dialoqun bərpası İsrailin strateji marağıdır

Siyasət Materials 21 İyul 2013 03:59 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu fələstinlilərlə sülh danışıqlarının bərpasını ölkəsinin "həyati əhəmiyyətli strateji marağı" adlandırıb və dialoqun "ciddi və məsuliyyətli" şəkildə aparılacağına ümid etdiyini bildirib.
Netanyahu: Fələstinlə dialoqun bərpası İsrailin strateji marağıdır

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İsrailin Baş naziri Benyamin Netanyahu fələstinlilərlə sülh danışıqlarının bərpasını ölkəsinin "həyati əhəmiyyətli strateji marağı" adlandırıb və dialoqun "ciddi və məsuliyyətli" şəkildə aparılacağına ümid etdiyini bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Hökumət rəhbərinin mətbuat xidmətinin yaydığı bəyanat cümə günü üçillik fasilədən sonra israillilər və fələstinlilər arasında danışıqların bərpa olunması ilə bağlı prinsipial razılığın əldə edildiyini bildirən ABŞ dövlət katibi Con Kerrinin vasitəçilik missiyasının uğuruna ilk açıq reaksiya olub.

B.Netanyahu deyib: "Mən indiki məqamda diplomatik prosesin bərpasını İsrail Dövlətinin həyati əhəmiyyətli strateji marağı hesab edirəm. Bu, həm də bizimlə fələstinlilər arasında münaqişəyə son qoymaq üçün bir vasitə kimi vacibdir.

Onun sözlərinə görə, İsrail sülh danışıqlarının bərpası dedikdə, iki əsas məqsədi nəzərdə tutur: "Aralıq dənizi və İordan çayı arasında gələcəkdə yəhudi dövlətini təhdid edə biləcək ikimillətli dövlətin yaradılmasına imkan verməmək və İranın spronsorluğu ilə İsrail sərhədində daha bir terrorçu dövlətin meydana gəlməsinə mane olmaq".

Baş nazir qeyd edib ki, danışıqlarda ilk növbədə İsrailin təhlükəsizlik maraqları qorunacaq.

Qeyd edək ki, birbaşa sülh danışıqlarının bərpası üçün son maneəni aradan qaldırmaq məqsədilə yaxın aylarda İsrail və Fələstin nümayəndə heyətləri Vaşinqtonda görüşməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti