Azərbaycan, Bakı, 23 iyul /Trend/
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupuna yeni üzvlər qoşulub.
Azərbaycanın Amerika Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ-ın 113-cü çağırış Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupuna konqresmenlər Luke Messer, Leonarde Lance və Gregory Meeksin qoşulması ilə işçi qrupunun üzvlərinin sayı 49-a çatıb.
Qeyd edək ki, 15-20 iyul tarixlərində Vaşinqtonda səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadə səfər çərçivəsində Konqresdə çoxsaylı görüşlər keçiriblər.