...

Ərdoğan Suriyadakı vəziyyətlə bağlı təcili iclas keçirir

Siyasət Materials 24 İyul 2013 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyət və Türkiyə-Suriya sərhədində gərginliyin artması ilə bağlı təcili iclas keçirir. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, iclasda Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, ədliyyə naziri Sadullah Ergin, daxili işlər naziri Müəmmər Gülər, xarici işlər naziri Əhməd Davudoğlu, müdafiə naziri İsmət Yılmaz, Baş Qərargah rəisi Necdet Özer və ölkənin digər rəsmi şəxsləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti