...

Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin edilib

Siyasət Materials 25 İyul 2013 18:58 (UTC +04:00)
Prezident İlham Əliyev İbrahim Həsən oğlu Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Prezident İlham Əliyev İbrahim Həsən oğlu Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Cəfərov İbrahim Həsən oğlu 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olmuşdur.

1974-1976-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olmuş, Bitki mühafizəsi fakültəsini bitirmişdir.

1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Fitopatologiya kafedrasının əyani aspirantı olmuşdur.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 2/1) kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilmişdir.

18 yanvar 1989-cu ildə keçmiş SSRİ Aqrar Sənaye Komitəsinin 372 saylı göndərişi ilə AKTİ-nin fitopatologiya və immunitet kafedrasına assistent təyin edilmişdir.

04 iyul 1992-ci ildən dosent əvəzi vəzifəsinə təyin edilmişdir.

13 yanvar 1994-cü ildəAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol №10) dosent elmi adı verilmişdir.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakül­təsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işlə­mişdir.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı (protokol №12-R) ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilmişdir.

17 sentyabr 2007-ci ildən AKTA-nın Elmi Şurasının qərarı (protokol №1) ilə Bitkiçilik və bitki mühafizəsi kafedrasının professor əvəzi vəzifəsində işləyir.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.

2000-ci ildən Gəncə şəhərində əvvəlcə 39, sonra 38 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

Yeni təyinata qədər ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti