Azərbaycan, Bakı, 30 iyul /Trend/
Etibarlı mənbələrdən "Joxovurd" qəzetinə daxil olan məlumata görə, Ermənistan Prezidenti Serj Sarkisyan avqustun 15-17-də Moskvaya işgüzar səfərə gedəcək.
Trend-in "Joxovurd" qəzetinə istinadən verdiyi məlumata görə, Sarkisyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Qəzetin məlumatına görə, Sarkisyan bu səfərədək Putinlə İranda görüşməyə çalışaq. Belə ki, avqustun 4-də İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində Sarkisyan da iştirak edəcək.