...

DİN: Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çox vacibdir

Siyasət Materials 1 Avqust 2013 19:39 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çox vacibdir.
DİN: Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çox vacibdir

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çox vacibdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə görüşdən sonra jurnalistlərə deyib.

Qaribaşvili bildirib: "Aramızda tam qarşılıqlı anlayış mövcuddur ki, bu da indi hökumətlərarası saziş səviyyəsində sənəd şəklində rəsmiləşib".

Gürcüstan və Azərbaycan fövqəladə hallar sahəsində fəsadların qarşısının alınması, məhdudlaşdırılması və yüngülləşdirilməsi üzrə iki ölkənin hökumətləri arasında əməkdaşlığa dair saziş imzalayıblar.

Sənədi Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.

Qaribaşvili qeyd edib ki, Azərbaycan fövqəladə halların idarə edilməsi məsələsində Gürcüstana yardım edib və hazırda əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Öz növbəsində, K.Heydərov bildirib ki, iki ölkə sazişsiz də yaxşı əməkdaşlıq edir: "Biz qonşu ölkələrik və sənədsiz də fövqəladə hallar zamanı bir-birimizə dəstək və yardım göstərməliyik. Lakin bu sənəd bizə bu sahədə əlaqələrimizi uzunmüddətli perspektiv üçün planlaşdırmağa imkan verir".

K.Heydərov Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsinin təlim bazasına baş çəkəcək və nümunəvi təlimləri izləyəcək. O, həmçinin 112 - Təcili və təxirəsalınmaz yardım mərkəzinin işi ilə tanış olacaq.

Səfər çərçivəsində nazir Batumidə də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti