...

Ərdoğan və Obama Suriya və Misirdəki son hadisələri müzakirə ediblər

Siyasət Materials 8 Avqust 2013 06:34 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Barak Obama arasında telefon danışığı olub.
Ərdoğan və Obama Suriya və Misirdəki son hadisələri müzakirə ediblər

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Barak Obama arasında telefon danışığı olub.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, söhbət zamanı Suriya və Misirdəki son vəziyyət müzakirə olunub.

Onlar Suriyada xarici ekstremistlərin fəaliyyətinin təhlükəli olduğunu və ölkədə vahid müxalifəti dəstəkləməyin zəruriliyini qeyd ediblər.

Misirdəki zorakılıqdan məyus olduqlarını ifadə edən hər iki lider demokratik addım atılması üçün birgə səy göstərməyin vacibliyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti