Azərbaycan, Bakı, 20 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə 2,5 milyon manat vəsait ayrılmasına dair sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq iki milyon beş yüz min manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılması qərar alınır.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılır.