...

Azərbaycanın Rus İcması İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir

Siyasət Materials 22 Avqust 2013 21:16 (UTC +04:00)
"Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində biz prezident vəzifəsinə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini bütün rus xalqı adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq". Bu barədə Azərbaycanın Rus İcmasının bu gün qəbul etdiyi bəyanatda deyilir.
Azərbaycanın Rus İcması İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində biz prezident vəzifəsinə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini bütün rus xalqı adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq". Bu barədə Azərbaycanın Rus İcmasının bu gün qəbul etdiyi bəyanatda deyilir.

Sənəddə deyilir: "Azərbaycanın Rus İcmasının - Sovet dövləti dağılandan sonra ən böyük və nüfuzlu ictimai təşkilatlardan birinin yaranmasından 20 il ötür.
Bu dövr həm ölkəmizin, xalqımızın həyatında, həm də respublikanın hüdudlarından kənarda bir sıra mühüm hadisələrlə əlamətdar olmuşdur.
Azərbaycan rusları inkişaf strategiyası ümummilli lider Heydər ƏIiyev tərəfindən müəyyən olunmuş demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır.
Azərbaycanda mövcud olan möhkəm millətlərarası həmrəyliyin dərin tarixi kökləri vardır. Belə həmrəylik misilsiz mənəvi zənginlik və mehribanlıq mühiti yaradır, vahid ailə hissi doğurur. Biz sevinc və kədərimizi birlikdə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünü müdafiə edəndə çiyin-çiyinə durmuşuq və birlikdə dinc həyat qururuq. Biz müstəqil, dinamik inkişaf edən Azərbaycanın müasir tarixinə birlikdə daxil olmuşuq. Bizim üçün doğma olan bir ölkənin həyatına və tərəqqisinə töhfə verməyə çalışırıq. Respublikanın bütün əhalisi kimi, biz də onun ərazi bütövlüyünü tam dəstəkləyir və separatizmi pisləyirik. Azərbaycanın təcavüzə məruz qalmış və erməni separatçıları tərəfindən zəbt edilmiş bütün torpaqlarının qeyd-şərtsiz azad olunmasını istəyirik".

Bəyanatda icmanın Rusiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsi məsələlərində həmişə prinsipial mövqe tutduğu və bundan sonra da tutacağı qeyd edilir: "Biz xalqlarımız arasındakı çoxəsrlik dostluğu qoruyub saxlamaq məqsədi ilə təkcə rəsmi kanallardan deyil, həm də xalq diplomatiyasının bütün imkanlarından istifadə edir, mehriban qonşuluq münasibətlərinin, respublikada rus dilini qoruyub saxlamağın və ondan geniş istifadə edilməsinin əhəmiyyətini, vahid iqtisadi məkan yaradılmasının, mədəni, ədəbi və tarixi dəyərlərlə qarşılıqlı mübadilənin zərurətini izah edirik.
Dünya tarixinin böyük şəxsiyyəti ulu öndər Heydər Əliyevin layiqli varisi və işinin davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün görünməmiş iqtisadi yüksəliş və tərəqqi yolundadır.
Azərbaycanın beynəlxalq məkanda ön mövqeyə çıxması, Bakının mühüm beynəlxalq görüşlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Uzaqgörən, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bütün Cənubi Qafqazda aparıcı dövlətə çevrilib. Bu gün ölkəmiz dünya sisteminin formalaşması prosesinin fəal iştirakçısıdır və beynəlxalq aləmdə onun nüfuzu şübhəsizdir.

Bütün Azərbaycan xalqı kimi Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycanın Rus İcması Respublika Şurasının üzvlərinin, Azərbaycanın Rus İcmasının şəhər və rayon təşkilatlarının sədrlərinin qəbul etdikləri bəyanatın sonunda deyilir: "Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində biz prezident vəzifəsinə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini bütün rus xalqı adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq".

Xəbər lenti

Xəbər lenti