...

Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat pul ayrıldı

Siyasət Materials 24 Avqust 2013 18:04 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi iləAğdaş Rayon İcra Hakimiyyətinə vəsait ayrılmasınadair sərəncam imzalayıb.
Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat pul ayrıldı

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinə vəsait ayrılmasına dair sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayırlsın.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti