...

Asiyanın tanınmış "BizNewsAsia" jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Avqust 2013 17:49 (UTC +04:00)
Asiyanın tanınmış "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan edib.
Asiyanın tanınmış "BizNewsAsia" jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan etmişdir.

AzərTAc xəbər verir ki, jurnalın avqust buraxılışında "İlham Əliyev: İlin adamı", "Əliyev erası: Azərbaycanın qızıl dövrü", "İlham Əliyev builki prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədidir", "Sosial təminatlar və yüksək maaşlar Azərbaycanda yoxsulluğu azaltmışdır", "Dünya Bankının Azərbaycana sualı: Yoxsulluğun azaldılmasına necə nail olmaq mümkündür?", "İqtisadiyyatın şaxələndirilməsi yolları" və digər məqalələr dərc olunmuşdur.
Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verilir. Həmçinin dövlətimizin başçısının ilk dəfə prezident seçildiyi 2003-cü illə müasir dövr müqayisə edilir və ötən illər ərzində əldə olunmuş uğurlardan ətraflı bəhs olunur.

Prezident İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətinin də yer aldığı yazılarda ötən on ildə Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı uğurlar konkret faktlar əsasında şərh edilir. Bildirilir ki, bu uğurlara Azərbaycan Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində nail olunmuşdur. Məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutmuşdur.

Nəşrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın modernləşdirildiyi, işsizlik və yoxsulluq probleminin aradan qaldırıldığı diqqətə çatdırılır. Qeyd edilir ki, dünyanı bürümüş iqtisadi böhran Azərbaycana heç bir təsir göstərməmişdir. Ölkədə istər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirilir. Bu ilin əvvəlində Azərbaycan orbitə ilk telekommunikasiya peykini buraxmaqla kosmik ailənin üzvünə çevrilmişdir.

Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində xeyli işlər görüldüyünü qeyd edən jurnal oxucuların diqqətinə onu da çatdırır ki, dünya dövlətləri üçün tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Böyük enerji resurslarına malik olan Azərbaycan dünyada həm də zəngin mədəniyyəti və qədim tarixi ilə tanınır. Şərqdə ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda yaradılmışdır.
Nəşrdə bildirilir ki, Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də xeyli nailiyyətlər əldə etmişdir. Bu ölkə beynəlxalq və regional təşkilatların fəal üzvüdür. Azərbaycan diplomatiyasının ən böyük uğuru isə ölkənin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsidir.

Jurnalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verilir. Qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmişdir.

Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı isə öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın işğalçılıq siyasəti mötəbər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlarda dəfələrlə pislənmişdir. Rəsmi Yerevan isə bu sənədlərə məhəl qoymur. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylər hələ də heç bir nəticə vermir.

Hakim Yeni Azərbaycan Partiyasının keçdiyi yol, respublikanın ağır vəziyyətində bu partiyanı yaradan ümummilli lider Heydər Əliyevin gərgin əməyini ətraflı işıqlandıran jurnal yazır ki, müstəqil Azərbaycan dövlətinin qurulması bu böyük siyasətçinin adı ilə bağlıdır. 1990-cı illərin əvvəllərində çətin günlər keçirən Azərbaycanda məhz onun rəhbərliyi altında sabitlik bərqərar olmuş, bütün sahələrdə köklü islahatlar həyata keçirilməyə başlanmış, ölkənin xarici əlaqələri genişlənmişdir.

Bakının bir sıra mötəbər forumlara, nüfuzlu konfranslara, simpoziumlara, müsabiqələrə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan jurnal Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə keçirdiyi görüşləri, eləcə də Azərbaycanda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini əks etdirən çoxsaylı şəkillərə də yer vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti