...

Elnur Aslanov: Biz inanırıq ki, Azərbaycan xalqı prezident seçkisində öz layiqli seçimini edəcək

Siyasət Materials 30 Avqust 2013 12:47 (UTC +04:00)
Biz inanırıq ki, Azərbaycan xalqı prezident seçkisində öz layiqli seçimini edəcək, Azərbaycanın uğurlu gələcəyini təmin edən, azərbaycanlıların gözləntilərinə cavab verən namizədini seçəcəkdir
Elnur Aslanov: Biz inanırıq ki, Azərbaycan xalqı prezident seçkisində öz layiqli seçimini edəcək

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Biz inanırıq ki, Azərbaycan xalqı prezident seçkisində öz layiqli seçimini edəcək, Azərbaycanın uğurlu gələcəyini təmin edən, azərbaycanlıların gözləntilərinə cavab verən namizədini seçəcəkdir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanıAzərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

E. Aslanov deyib ki, qısa müddət ərzində demokratik dəyərləri mənimsəyən müstəqil Azərbaycan dövlət azad və ədalətli seçkilərin keçirilməsində böyük təcrübə qazanıb: "Ötən seçkilərin təhlili bir daha göstərir ki, Azərbaycan demokratiyası yetkinləşmiş, Azərbaycan xalqını inkişafa və tərəqqiyə doğru aparan yolun mayakına çevrilib. Demokratiya, əlbəttə, seçkilərlə məhdudlaşmır, lakin xalqın seçim etməsi üçün bütün şəraitin yaradılması onun ilkin şərtidir. Demokratiya tarixi inkişafın məhsuludur. Azərbaycanın uğur isə bütün siyasi islahatları iqtisadi islahatlarla paralel həyata keçirməsi olub".

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti