...

PA-nın şöbə müdiri: Azərbaycanın müstəqil siyasi xəttinə qısqanclıqla yanaşan xarici və daxili qüvvələr var

Siyasət Materials 30 Avqust 2013 12:59 (UTC +04:00)
Son 10 ilin iqtisadi göstəriciləri çox uğurludur. Misal üçün iqtisadi artımın yüksək tempi bəzi illərdə 35%-ə çatıb, yoxsulluq kəskin azalıb, 2003-cü ildə 47%-dən hazırda 6%-ə enib, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi aşağı düşüb.
PA-nın şöbə müdiri: Azərbaycanın müstəqil siyasi xəttinə qısqanclıqla yanaşan xarici və daxili qüvvələr var

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Son 10 ilin iqtisadi göstəriciləri çox uğurludur. Misal üçün iqtisadi artımın yüksək tempi bəzi illərdə 35%-ə çatıb, yoxsulluq kəskin azalıb, 2003-cü ildə 47%-dən hazırda 6%-ə enib, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi aşağı düşüb. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

E.Aslanov bildirib ki, Prezidentin hazırkı siyasəti Azərbaycanın gələcək inkişaf perspektivlərinin möhkəm əsaslarını hazırlayır: "Bu siyahını davam etdirmək olar, sadəcə qeyd etmək istəyirəm ki, bütün bu göstəricilər ölkədə yeni iqtisadi fəaliyyət sahələrinin yaradılmasının və ölkə iqtisadiyyatının sağlam özüllər üzərində və şaxəli şəkildə inkişaf etməsinin bariz nümunəsidir. Azərbaycanın inkişaf konsepsiyası çox mütərəqqi xarakter daşıyır və müxtəlif elementləri özündə ehtiva edir. Onlardan biri gənclərə yüksək keyfiyyətli təhsil imkanlarının yaradılması. Bu amilin əhəmiyyəti haqqında məndən əvvəlki natiqlər danışıblar, mən də bir neçə fikri əlavə qeyd etmək istəyirəm".

Onun sözlərinə görə, Prezident İlham Əliyev "qara qızılın insan kapitalına çevrilməsi"nə, xüsusilə yüksək elmi biliklərə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir: "Çoxlarınızın təhsil aldığınız bu proqram uğurla davam etdirilir və təhsil almağa göndərilən tələbələrin sayı ildən ilə artır. Əgər onlar seçim edib təhsil aldıqları ölkədə qalıb işləmək istəsələr, biz yenə də yatırılan investisiyanı itirmirik, əksinə onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış oluruq. Bu isə Azərbaycana yeni təbliğat imkanları verir, onun "mülayim güc" (soft-power) imkanlarını genişləndirir".

E.Aslanov deyib ki, lakin Azərbaycanın müstəqil siyasi xəttinə və sosial iqtisadi inkişafına qısqanclıqla yanaşan xarici və daxili qüvvələr də var: "Onlar Azərbaycan daxilində sabitliyi pozmağa, milli inkişafa mane olmağa çalışırlar. Biz, əlbəttə, bunların qarşısını birlikdə alacağıq. Biz imkan vermərik ki, həmin qüvvələr Azərbaycanın inkişafına zərrə qədər də ziyan vursunlar. Azərbaycan həyata keçirdiyi layihələr bu gün regionun stabil və uzunmüddətli inkişafına öz töhfəsini verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti