...

Fövqəladə Hallar Nazirliyində Sloveniyanın nümayəndə heyəti ilə görüş olub

Siyasət Materials 30 Avqust 2013 15:28 (UTC +04:00)
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla Sloveniyanın müdafiə naziri Roman Yakiç, eləcə də iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində Sloveniyanın nümayəndə heyəti ilə görüş olub

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Lyublyana şəhərinin meri Zoran Yankoviç başçılığı ilə Sloveniyanın müdafiə naziri Roman Yakiç, eləcə də iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin ilə görüşüb.

Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı nazir qonaqlara respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, eyni zamanda hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq əlaqələrininin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qonaqlar da, öz növbələrində ölkələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib və bu kimi görüşlərin hər iki ölkənin gələcək əlaqələrin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiklərini vurğulayıblar.

Görüşdə mütəmadi fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmış, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti